525.Az

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək


 

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək<b style="color:red"></b>

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutacaq.

525.az-a Filarmoniyadan verilən xəbərə görə, konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.

Konsert 25 dekabr saat 19:00-da baş tutacaq.

 





05.12.2024    çap et  çap et