525.Az

Ukraynalı nazir Lavrovun çıxışı zamanı iclası tərk etdi


 

Ukraynalı nazir Lavrovun çıxışı zamanı <b style="color:red"> iclası tərk etdi</b>

Maltada keçirilən ATƏT-in Nazirlər Şurasının 31-ci iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı onun ukraynalı həmkarı zalı tərk edib.

525.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Nəşrin yayımladığı kadrlardan görünür ki, iclas zalında monitorlarda Sergey Lavrov görünən kimi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa yerindən qalxaraq nümayişkaranə şəkildə zaldan ayrılıb.

“Andrey Sibiqa ilə yanaşı, Polşa və Çexiyanın xarici işlər nazirləri də zalı tərk ediblər”, - deyə məqalədə qeyd olunur.

İbrahim Cəfərov

 





05.12.2024    çap et  çap et