525.Az

Qazaxıstanda dörd terror aktının qarşısı alınıb


 

Qazaxıstanda dörd terror aktının <b style="color:red"> qarşısı alınıb</b>

Qazaxıstanın xüsusi xidmət orqanları dörd terror aktının qarşısını alıb.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ermek Saqimbayev bildirib.

Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ermek Saqimbayevlə görüşüb. Görüş zamanı Milli Təhlükəsizlik Komitəsinin rəhbəri dövlət başçısına il ərzində qarşısı alınmış terror aktları barədə məlumat verib. O qeyd edib ki, 84 nəfər terrorçuluq və ekstremizmdə iştiraka görə məhkum edilib.

Saqimbayevin sözlərinə görə, terrorçuluqda ittiham olunaraq axtarışda olan 6 Qazaxıstan vətəndaşı Suriya və Türkiyədən ekstradisiya edilib. Həmçinin Qazaxıstan hakimiyyəti terrorizm və ekstremizmlə məşğul olan 824 əcnəbinin ölkəyə giriş cəhdinin qarşısını alıb.

İbrahim Cəfərov

 





05.12.2024    çap et  çap et