525.Az

Daha bir millimizin rəqibləri müəyyənləşdi


 

Daha bir millimizin rəqibləri müəyyənləşdi<b style="color:red"></b>

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.

 





06.12.2024    çap et  çap et