525.Az

FİFA-dan Rusiya klublarına transfer qadağası


 

FİFA-dan Rusiya klublarına transfer qadağası<b style="color:red"></b>

FİFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən klublar qarşıdakı 3 transfer pəncərəsində yeni oyunçu ala və qeydiyyatdan keçirə bilməyəcəklər. Onlar yalnız 2026-cı ilin yayında yeni transfer gerçəkləşdirə bilərlər.

FİFA-nın belə qərar verməsinin səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında ÇSKA 28 xalla 6-cı, "Ximki" isə 16 xalla 13-cüdür. 

 





06.12.2024    çap et  çap et