525.Az

Həftəsonu küləyin sürəti saniyədə 28 metrə çatacaq - XƏBƏRDARLIQ


 

Həftəsonu küləyin sürəti saniyədə 28 metrə çatacaq - <b style="color:red">XƏBƏRDARLIQ</b>

Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

525.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

 





06.12.2024    çap et  çap et