525.Az

UEFA-dan Asim Xudiyevə növbəti təyinat


 

UEFA-dan Asim Xudiyevə növbəti təyinat<b style="color:red"></b>

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 12-də, Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 





06.12.2024    çap et  çap et