525.Az

Türkiyənin keçmiş xarici işləri naziri ATƏT-in baş katibi oldu


 

Türkiyənin keçmiş xarici işləri naziri <b style="color:red"> ATƏT-in baş katibi oldu</b>

Türkiyənin keçmiş xarici işləri naziri Feridun Siniroğlu ATƏT-in yeni baş katibi olub.

525.az xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri Yan Borq məlumat verib.

Təyinat ATƏT rəhbərliyinin yenilənməsi çərçivəsində baş tutub.

“ATƏT-in yeni liderlərini təbrik edirəm”, - deyə Borq X sosial şəbəkəsində yazıb.

ATƏT rəhbərliyin yenilənməsi çərçivəsində digər mühüm vəzifələrə də təyinatlar reallaşıb. Yunanıstandan Mariya Telalyan təşkilatın direktoru, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar üzrə ali komissarı, norveçli Yan Braatu isə təşkilatın media azadlığı üzrə nümayəndəsi olub.

Xatırladaq ki, Feridun Siniroğlu 2015-ci ilin 28 avqustundan həmin ilin 24 noyabrına qədər Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

İbrahim Cəfərov

 





06.12.2024    çap et  çap et