525.Az

Borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılıb


 

Borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılıb<b style="color:red"></b>

Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

525.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

 





07.12.2024    çap et  çap et