525.Az

Bakıda yağış yağıb, rayonlarda hava şəraiti yağmursuz keçib - FAKTİKİ HAVA


 

Bakıda yağış yağıb, rayonlarda hava şəraiti yağmursuz keçib - <b style="color:red"> FAKTİKİ HAVA</b>

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən arabir yağış yağıb.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub.

"Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.

 





07.12.2024    çap et  çap et