525.Az

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb


 

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb<b style="color:red"></b>

Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat veriblər. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





07.12.2024    çap et  çap et