525.Az

"Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub


 

"Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub<b style="color:red"></b>

“Xaçmaz” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək ümumilikdə 5,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

525.az-a Energetika Nazirliyindən bildirilib ki, modul tipli “Xaçmaz” Elektrik Stansiyası 2006-cı il dekabrın 7-də istismara verilib.

Hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 meqavat təşkil edir.

 





07.12.2024    çap et  çap et