525.Az

Bakıda evakuator yanıb


 

Bakıda evakuator yanıb<b style="color:red"></b>

Bakı şəhərinin Suraxanı rayonunda “Mercedes" markalı evakuatorun kabinəsi və mühərrik hissəsi yanıb.

525.az-a FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





07.12.2024    çap et  çap et