525.Az

İsmayıllıda yanğın olub


 

İsmayıllıda yanğın olub<b style="color:red"></b>

İsmayıllıda yanğın hadisəsi baş verib.

525.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 135 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində yığılan 20 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





07.12.2024    çap et  çap et