525.Az

Balakəndə ev yanıb


 

Balakəndə ev yanıb<b style="color:red"></b>

Dekabrın 8-də saat 13 radələrində Balakən rayonu Şərif kəndində Heybulla Süleymanova məxsus evdə yanğın baş verib.

525.az xəbər verir ki, odun sobasından çıxan alov nəticəsində ümumi sahəsi 140 kv metr olan 4 otaqlı evin 2 otağı və çardağı tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinə cəlb olunub.

 





08.12.2024    çap et  çap et