525.Az

Dəməşqdə komendant saatı


 

Dəməşqdə komendant saatı<b style="color:red"></b>

Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.

Bundan əvvəl Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa ölkədə keçid hakimiyyətinin formalaşmasına başlandığını elan edib.

 





08.12.2024    çap et  çap et