525.Az

Messini ən çox hansı futbolçu əsəbiləşdirib?


 

Messini ən çox hansı futbolçu əsəbiləşdirib?<b style="color:red"></b>

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi karyerasında onu ən çox qəzəbləndirən futbolçunun adını çəkib.

QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu "Real"ın sabiq müdafiəçisi, PSJ-dəki keçmiş komanda yoldaşı olan Serxio Ramosla tez-tez mübahisə etdiklərini deyib:

“Serxio Ramosla çox mübahisələrimiz olub. Neçə dəfə gərginlik yaşamışıq. Ramos məni ən çox əsəbiləşdirən futbolçudur. Bəli, PSJ-də biz komanda yoldaşı idik, amma əvvəllər "El Klassiko"larda həmişə bir-birimizə rəqib olurduq".

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, daha sonra PSJ-yə keçib və 2023-cü ilin yayınadək bu komandada çıxış edib. Forvard ötən ilin yayından "İnter Mayami"nin formasını geyinir.

Ramos isə 2005-2021-ci illərdə "Real"da çıxış edib, 2021-2023-cü illərdə PSJ-də oynayıb. O, ötən yay transfer olduğu "Sevilya"dan bu yay ayrılıb və hazırda klubsuzdur. 

 





10.12.2024    çap et  çap et