525.Az

"Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalandırıldı


 

"Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalandırıldı<b style="color:red"></b>

AFFA "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.

QOL.az xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarında bildirilib.

Qeyd olunub ki, 5 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən "Sabah" – Qarabağ" oyununda qonaq komandanın baş məşqçisi Rəşad Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyinə görə qırmızı vərəqə alıb. 

Bu səbəbdən o, 5 oyunluq cəzalandırılıb.

 





12.12.2024    çap et  çap et