525.Az

Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək


 

Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək<b style="color:red"></b>

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 13-də paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a bildirilib ki, layihənin budəfəki qonağı bestseller əsərlərin müəllifi, yazıçı-publisist Rövşən Abdullaoğlu olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbət aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sevinc Qarayeva 

 





12.12.2024    çap et  çap et