525.Az

Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb


 

Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb<b style="color:red"></b>

Niderland polisi Haaqada çoxmənzilli yaşayış binasında baş verən partlayışla əlaqədar dördüncü şübhəli şəxsi saxlayıb.

525.az bu barədə “Report”a istinadən xəbər verir.

"Haaqada baş verən dağıdıcı partlayışla əlaqədar polis dekabrın 11-də dördüncü şübhəli şəxsi həbs edib. Üç şübhəli şəxs isə bu həftənin əvvəlində (9 dekabr) həbs edilmişdi. Dördünə də yalnız vəkilləri ilə ünsiyyət qurmağa icazə verilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 7-də Haaqada üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.

 





12.12.2024    çap et  çap et