525.Az

Şamaxıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dava baş verib


 

Şamaxıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dava baş verib<b style="color:red"></b>

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

“Report” xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

 





01.01.2025    çap et  çap et