525.Az

Keçən il 48 mindən çox şəxsə əlillik təyin olunub


 

Keçən il 48 mindən çox şəxsə əlillik təyin olunub<b style="color:red"></b>

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 48,2 min şəxsə əlillik təyin edib.

525.az-a bu barədə nazirlikdən məlumat verilib.

Həmin şəxslərdən 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

 





10.01.2025    çap et  çap et