525.Az

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib


 

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib<b style="color:red"></b>

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

525.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

 





10.01.2025    çap et  çap et