525.Az

Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək


 

Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək<b style="color:red"></b>

Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib. .

Bununla bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub. ("Report")

 





10.01.2025    çap et  çap et