525.Az

BDU və Niderlandın “Ekspats” şirkətinin əməkdaşları arasında görüş olub


 

BDU və Niderlandın “Ekspats” şirkətinin əməkdaşları arasında görüş olub<b style="color:red"></b>

 

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və Niderlandın “Ekspats” şirkətinin əməkdaşları arasında onlayn görüş keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, görüşdə mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbə və məzunların karyera quruculuğuna, əmək bazarına adaptasiya etmələrinə verdiyi töhfələr barədə məlumat verilib. Həmçinin “Ekspats” şirkətinin fəaliyyət istiqamətlərindən danışılıb. BDU-nun tələbə və məzunlarına göstərilə biləcək xidmətlərlə bağlı suallar şirkət əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Görüş zamanı əməkdaşlığın reallaşdırılması istiqamətində mühüm addımların atılmasının vacibliyi, bu əməkdaşlığın BDU-nun tələbə və məzunlarının xarici sferada məşğulluq səviyyəsinin artırılmasında önəmli rolu kimi məsələlər də müzakirə edilib.

Sevinc Qarayeva 

 





10.01.2025    çap et  çap et