525.Az

David Moyes sabiq klubu ilə danışıq aparır


 

David Moyes sabiq klubu ilə danışıq aparır<b style="color:red"></b>

Devid Moyes yenidən “Everton”u çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Şotlandiyalı mütəxəssisin Mersisayd təmsilçisi üçün əsas prioritet olduğu bildirilib. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, Moyes daha əvvəl 2002-2013-cü illərdə “Everton”u çalışdırıb. Son klubu "Vest Hem" olan Moyes "Mançester Yunayted", "Real Sosyedad" və "Sanderlend"i də çalışdırıb.

“Everton” hazırda Premyer Liqada 17 xalla 16-cı sıraadadır.

 





10.01.2025    çap et  çap et