525.Az

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib


 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib<b style="color:red"></b>

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

525.az-ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

 





10.01.2025    çap et  çap et