525.Az

Ərdoğan: Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar


 

Ərdoğan: Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar<b style="color:red"></b>

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar. Amma nə etsələr, faydasızdır.

525.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə son zamanlar terrorla mübarizədə ciddi nəticə əldə edib:

"Beləliklə, imperialist güclərin terrorla Türkiyə sərhədini əhatə etməsinə icazə vermədik. Terrorsuz Türkiyə hədəfimizə çataraq şəhidlərimizin ruhunu şad etməyə çalışacağıq. Terrorçuların iki seçimi var: ya silahlarını ataraq təslim olacaq, ya da məhv olacaqlar".

 





10.01.2025    çap et  çap et