525.Az

Kir Starmer Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməyi təklif edəcək


 

Kir Starmer Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməyi <b style="color:red"> təklif edəcək</b>

Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə gözlənilən səfəri zamanı silahlı münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi ilə çıxış edəcək.

525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Kir Starmer münaqişə bitdikdən sonra beynəlxalq sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün yaxın həftələrdə Kiyevə səfər edəcək. Bu, onun altı ay əvvəl Britaniyanın Baş naziri seçilikdən sonra Ukraynaya ilk səfəridir”, - deyə agentliyin məlumatında qeyd olunub.

Həmçinin bildirilib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüsü uğurlu olacağı təqdirdə Böyük Britaniya və Fransanın Ukraynada birgə sülhməramlı qüvvələr yarada biləcəyi ehtimalı da mövcuddur.

İbrahim Cəfərov

 





10.01.2025    çap et  çap et