525.Az

Rusiyaya casusluqda ittiham olunduğu üçün 8 aylıq həbs edildi


 

Rusiyaya casusluqda ittiham olunduğu üçün <b style="color:red"> 8 aylıq həbs edildi</b>

Varşava Rayon Məhkəməsi Rusiyaya casusluq etməkdə ittiham olunan kanadalı Laken P. barədə qərarını açıqlayıb.

525.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, 8 aylıq həbs cəzasına məhkum edilib.

“Varşava Rayon Məhkəməsi Milli Prokurorluğun Mazoviya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ittiham aktını qəbul edərək, 18 yaşlı Kanada vətəndaşı Laken P.-yə qarşı hökm çıxarıb”, - departamentin açıqlamasında belə deyilir.

Laken P. Polşa hərbi bazalarını izləməkdə, həmçinin ayrı-ayrı hərbçilər ilə əlaqə yaratmaqda ittiham edilib. Onun bu məqsədlə ötən ilin mayında Danimarka vasitəsilə Şərqi Avropa ölkəsinə gəldiyi güman edilir.

Xatırladaq ki, daha əvvəl, ötən il dekabrın 18-də rusiyalı hokkeyçi Maksim Sergeyev də casusluqda ittiham olunaraq 2 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Polşa Sergeyevi 2025-ci il mayın 26-da Rusiyaya deportasiya etməyi planlaşdırır və həmin vaxta qədər o, Lubin şəhərindəki həbsxanada saxlanılacaq.

İbrahim Cəfərov

 





10.01.2025    çap et  çap et