525.Az

Bombardirə sərt cəza


 

Bombardirə sərt cəza<b style="color:red"></b>

"Norviç Siti"nin yarımmüdafiəçisi Borxa Sayns cəzalandırılıb.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçuya qarşı sanksiyalara səbəb dekabrın 21-də Çempionşipin 22-ci turunun "Sanderlend"lə oyununda (1:2) baş verən insident olub. Oyun zamanı Sayns rəqib Kris Mefamə tüpürüb.

O, 6 oyunluq cəzalandırılıb və  12 min funt sterlinq cərimələnib.

Sainz bu mövsüm 26 oyun keçirib, 15 qol vurub. Çempionatın bombardirlik yarışına ispaniyalı başçılıq edir.

 





10.01.2025    çap et  çap et