525.Az

Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb


 

Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb<b style="color:red"></b>

Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır.

“Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.

 





10.01.2025    çap et  çap et