525.Az

NATO ölkələri hərbi xərcləri artıracaq


 

NATO ölkələri hərbi xərcləri artıracaq<b style="color:red"></b>

NATO ölkələri hərbi xərcləri artırmağa hazırdırlar.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto məlumat verib.

Buna baxmayaraq alyans ölkələri xərcləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tələb etdiyi kimi ÜDM-in 5%-nə qaldırmayacaqlar. Bu rəqəmin ÜDM-nin 2%-dən çox olacağı nəzərdə tutulur.

“Görünən odur ki, artım olacaq. Düşünmürəm ki, 5% olacaq, indiki vəziyyətdə bu, mümkünsüzdür. Amma 2% də olmayacaq, ikidən çox olacaq”, - nazir qeyd edib.

 





10.01.2025    çap et  çap et