525.Az

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib


 

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib<b style="color:red"></b>

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

 





13.01.2025    çap et  çap et