525.Az

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb - DİN


 

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb - <b style="color:red"> DİN</b>

Yanvarın 11-dən 12-dək ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

525.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı daha 60 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

 





13.01.2025    çap et  çap et