525.Az

Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edilib


 

Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edilib<b style="color:red"></b>

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

525.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


 

 





16.01.2025    çap et  çap et