525.Az

Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub


 

Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub<b style="color:red"></b>

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub.

525.az xəbər verir ki, bu barədə nümayəndəlik “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Kərim Vəliyev NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Sessiyasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

“Sözügedən səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO-dakı missiyasında da olub”, - məlumatda qeyd olunub.

 





16.01.2025    çap et  çap et