525.Az

Rahil Məmmədov Polşada növbəti oyuna çıxdı


 

Rahil Məmmədov Polşada növbəti oyuna çıxdı<b style="color:red"></b>

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. 

QOL.az xəbər verir ki, Ekstraklassa təmsilçisi Polşanın birinci liqasında çıxış edən "Zniç"lə qarşılaşıb. Oyunda qol vurulmayıb. 

Rahil Məmmədov matçın ikinci hissəsində meydana buraxılıb.

Qeyd edək ki, Rahilin komandası 18 turdan sonra 20 xalla 12-ci pillədədir.

 





16.01.2025    çap et  çap et