525.Az

Zaxarova: Ermənistandakı Aİ missiyasından sabitliyin pozulmasından başqa heç nə gözləmək olmaz


 

Zaxarova: Ermənistandakı Aİ missiyasından sabitliyin pozulmasından başqa heç nə gözləmək olmaz<b style="color:red"></b>

Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır.

525.az “Report” a istinadən  xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi", - o bildirib.

M.Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: "Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir".

 





16.01.2025    çap et  çap et