525.Az

Britaniyanın enerji nəhəngi 4,7 min işçini işdən çıxaracaq


 

Britaniyanın enerji nəhəngi 4,7 min işçini işdən çıxaracaq<b style="color:red"></b>

Britaniya “BP Plc” şirkəti işçi sayını 5 % və ya təxminən 4,7 min nəfər azaltmağı planlaşdırır.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

BP, həmçinin təxminən 3 min podratçının xidmətlərindən imtina edəcək.

Ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard ABŞ dolları məbləğində azaldılması üçün tədbirlər elan etmişdi və bu gün elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.

 





16.01.2025    çap et  çap et