525.Az

Nazir: Bu gün Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədədir


 

Nazir: Bu gün Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədədir<b style="color:red"></b>

Əsrlərdir ki, Azərbaycan-Gürcüstan xalqları arasında münasibətlər var.

525.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

“Tarixi kəsimdə çox çətin dövrlər olub, dövlətçiliyimiz üçün çox ciddi çağırışlar olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən məqam ondan ibarətdir ki, bizim hər zaman mehriban dostluq, qonşuluq münasibətlərimiz olub. Münasibətlərimiz bir-birinin daxili işinə qarışmamağa, beynəlxalq hüquqa əsaslanıb. Bu gün dövlətlərimiz arasında olan münasibətlər ən yüksək səviyyədədir”.

 





16.01.2025    çap et  çap et