525.Az

ABŞ-dan “Böyük qonaq” Moskvada Qələbə paradında iştirak edə bilər


 

ABŞ-dan “Böyük qonaq” Moskvada Qələbə paradında <b style="color:red"> iştirak edə bilər</b>

ABŞ-nin yüksək rütbəli məmuru mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün Moskvaya gələ bilər.

525.az xəbər verir ki, bu iddia ilə “Newsweek” jurnalı çıxış edib.

“Putin mayın 9-da ABŞ-dan “böyük qonaq” gözləyir”, - deyə jurnal adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Lakin mənbənin sözlərinə görə, konkret kimin Rusiyaya yollanacağı dəqiq məlum deyil: “ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya paytaxtına səfəri fantastika olardı. Eyni zamanda, ABŞ liderinin gəlişini tamamilə istisna etmək də olmaz”.

Jurnal xatırladıb ki, 2014-cü ilə qədər Qərb ölkələrinin dövlət və hökumət başçıları Qələbə paradında iştirak etmək müntəzəm olaraq Moskvaya gəlirdilər.

İbrahim Cəfərov

 





16.01.2025    çap et  çap et