525.Az

BANM-də “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib


 

BANM-də “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib<b style="color:red"></b>

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasında informatika fənni üzrə mütəxəssis Nərmin Xankişiyevanın “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabının təqdimatı keçirilib.

BANM-dən 525.az-a bildirilib ki, tədbirdə kitabın müasir texnologiyaların öyrənilməsi və proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi baxımından tələbə və şagirdlər üçün çox faydalı olduğu vurğulanıb.

Sonda iştirakçılara imzalı kitablar hədiyyə edilib.

Sevinc Qarayeva 

 





17.01.2025    çap et  çap et