525.Az

Ceyhun Bayramov: Suriyaya ilk kömək əlini Türkiyə uzadıb, Azərbaycan da bu prosesə dəstəyini göstərib


 

Ceyhun Bayramov: Suriyaya ilk kömək əlini Türkiyə uzadıb, Azərbaycan da bu prosesə dəstəyini göstərib<b style="color:red"></b>

Suriyaya ilk kömək əlini Türkiyə uzadıb və Azərbaycan da bu prosesə dəstəyini bildirib.

525.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Ötən il Azərbaycan Suriyaya humanitar yardım karvanı göndərib. Biz hazırda onlara müxtəlif istiqamətlərdə yardımlar təklif edirik. Seçimlərindən asılı olaraq yardım göstərəcəyik. Suriyanın beynəlxalq münasibətlər sistemində aktorlardan birinə çevrilməsi vacibdir”, - o əlavə edib.

 





18.01.2025    çap et  çap et