525.Az

“Səbail” uğursuz seriyasına son qoydu


 

“Səbail” uğursuz seriyasına son qoydu<b style="color:red"></b>

Misli Premyer Liqasında 19-cu turun matçları davam edir.

QOL.az xəbər verir ki, bu gün keçirilən ikinci oyunda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Sumqayıt klubu 20 xalla turnir cədvəlində altıncı, paytaxt təmsilçisi isə 12 xalla sonuncu pillədən qurtulub və ən azı sabaha qədər 9-cu yerdə qərarlaşıb. 

Bu qələbə ilə "Səbail" 9 oyunluq qələbəsizlik seriyasına son qoyub. 

Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.  

18 yanvar

18:30. “Sumqayıt” - “Səbail” - 0:2

Qollar: Rüfət Abdullazadə, 48, 79
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:0

Qol: İsmayıl İbrahimli, 4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu

19 yanvar

16:00. “Kəpəz” - “Turan Tovuz”

18:30. “Neftçi” - “Sabah”

17 yanvar

“Qarabağ” - “Şamaxı” - 3:2

 





18.01.2025    çap et  çap et