525.Az

Kenan Yıldız zədələndi


 

Kenan Yıldız zədələndi<b style="color:red"></b>

“Yuventus”un futbolçusu Kenan Yıldız zədələnib.

QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. 19 yaşlı hücumçu A seriyasının 21-ci turunda “Milan”la matçda (2:0) sıradan çıxıb. 

Yıldız 46-cı dəqiqədə Timoti Vea ilə əvəzlənib. Forvarda adduktor əzələ zədəsi diaqnozu qoyulub.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, K.Yıldız cari mövsüm Turin təmsilçisinin heyətində 29 oyuna çıxıb, 6 qol vurub və 5 qolun ötürməsini verib.

 





19.01.2025    çap et  çap et