525.Az

Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib


 

Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şoltz amerikalı sahibkar İlon Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.

“Bizi həqiqətən narahat etməli olan şey odur ki, İlon Mask kimi mediada nüfuzlu şəxs mərkəzi Avropada ifrat sağçı partiyaları dəstəkləyir”, - kansler qeyd edib.

Kanslerin sözlərinə görə, Maskın bu cür hərəkətləri tənqidə layiqdir.

 





19.01.2025    çap et  çap et