525.Az

Fitso və Orban qaz kəmərlərinin mühafizəsini müzakirə edəcəklər


 

Fitso və Orban qaz kəmərlərinin mühafizəsini müzakirə edəcəklər<b style="color:red"></b>

Slovakiyanın Baş naziri Robert Fitso yanvarın 21-də macarıstanlı həmkarı Viktor Orbanla Kiyevin “Türk axını” qaz kəmərinin Rusiya kompressor stansiyasına hücumundan sonra Bratislavada qaz kəmərlərinin mühafizəsini müzakirə edəcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” xəbər portalı məlumat yayıb.

Fitsonun sözlərinə görə, Volodimir Zelenski ABŞ-nin Avropa bazarına daha bahalı mayeləşdirilmiş təbii qaz tədarük etməsi üçün hər şeyi edir.

 

 





19.01.2025    çap et  çap et