525.Az

Kreml: Putinlə Si Cinpinin danışıqları Trampın inauqurasiyası ilə bağlı deyil


 

Kreml: Putinlə Si Cinpinin danışıqları Trampın inauqurasiyası ilə bağlı deyil<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında bugünkü söhbət ABŞ-nin yeni Prezidenti Donald Trampın inauqurasiyası ilə bağlı deyil.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Si Cinpinlə danışığın tarixi ilə bağlı razılıq hələ dekabrda əldə olunub: "Biz bu tarixi Vaşinqtondakı inauqurasiya ilə uyğunlaşdırmağa çalışmamışıq”.

Uşakov Putin və Si Cinpinin söhbətinin saat yarımdan çox davam etdiyini qeyd edib.

O bildirib ki, Putin İkinci Dünya müharibəsinin başa çatmasının və Yaponiya üzərində qələbənin 80 illiyi şərəfinə keçirilən anım tədbirlərinə Çin liderindən dəvət alıb. Bu tədbirlər sentyabrın 3-də Pekində baş tutacaq.

 

 





21.01.2025    çap et  çap et