525.Az

Serebral iflic olan I qrup əlil qadın ana olub


 

Serebral iflic olan I qrup əlil qadın ana olub<b style="color:red"></b>

Serebral iflic olan I qrup əlil qadın ana olub.

525.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 15-i saat 22:13-də KTM-in Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2 300 qram, boyu 45 sm olan qız dünyaya gəlib.

Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır. Hamiləliyin 36-cı həftəsində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.

 





22.01.2025    çap et  çap et